Mühasib asistent

İşin təsviri

Vəzifə öhdəlikləri:

- E-qaimə və invoysları hazırlamaq
- Rəsmi sənədlərin reyestrini aparmaq ( müqavilə, e-qaimə, YGB, hesab, faktura )
- Internet Bankinqlə işləmək
- Bank çıxarışlarını 1C proqramına işləmək
- Alış sənədləri (e-qaimə ) üzrə malların proqramla uyğunluğunu yoxlamaq ve e-qaimələri təsdiq etmək
- Təhtəl hesabatların qəbulu və proqrama işlənməsi
- Debitor və kreditorlarla üzləşmənin aparılması
- Tenderdə iştirak üçün tələb olunan sənədlərin müvafiq orqanalrdan alınması

Namizədə dair tələblər:

- Ali təhsil ( mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi )
- Vəzifə üzrə 2 il və yuxarı iş təcrübəsi
- 22-30 yaş aralığı
- Rus dili arzu olunandır
- Microsoft office və 1C proqramları üzrə bacarıqlar

İş şərtləri:

- 6 günlük iş həftəsi
- Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
- Ə/h: 700 azn

Maraqlanan namizədlər mövzu yerində “Mühasib asistent ” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.