Mağaza müdiri

  • Bonus Market
  • Elanın qoyulma tarixi: 01.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Ali təhsil
- Pərakəndə sektorunda ən az 5 il iş təcrübəsi olmalı
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Azərbaycan Dili (əla), Rus dili (arzuolunan)
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook), 1C proqramı

Vəzifə öhdəlikləri:

- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
- Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi
- Sifarişlərin düzgün idarə edilməsini nəzarətdə saxlamaq
- Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
- Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq
- Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək
- Mağazanın ümumi idarə edilməsi

Yuxarıdakı tələblərə cavab verən namizədlər mövzu yerində “Mağaza müdiri - Ramana” yazaraq, CV-lərini [email protected] elektron ünvanına göndərər bilərlər.