İnsan resursları mütəxəssisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 03.07.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: İnsan resursları mütəxəssisi
 
İnsan Resurslarını özünə peşə olaraq seçmiş və bu istiqamətdə karyera qurmaq arzusunda olan şəxslər Şirkətlər Qrupumuzun İnsan Resursları Departamentində işə dəvət olunurlar.
 
Namizədə tələblər:
 
-Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
-İnsan Resursları sahəsində ən az 3 il iş təcrübəsi;
- İş yeri H.Z.Tağıyev qəsəbəsi yaxınlığında yerləşdiyi üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi və ya yaxın yaşayış məntəqələrinin sakini olmalı;
-AR Əmək Məcəlləsini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
-Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
-Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
-Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
-Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
-Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
-MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.
 
İş barədə məlumat:
 
- Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək;
-Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq,
-Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq,
-İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq,
-Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək,
-Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək,
- Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq.
 
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “İR mütəxəssisi” yazaraq  [email protected] ünvanına göndərməsi xahiş olunur.
 
Müraciət üçün son tarix 25.07.2012

İşəgötürənin reytinqi