1C Administrator

  • Company
  • Elanın qoyulma tarixi: 30.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Yaş: 28-40
• Cinsi: Kişi
• Təhsil: Ali / Natamam ali (İnformatika, Kibernetika, Kompüter mühəndisliyi və bu kimi sahələrdə ali təhsilin olması üstünlükdür) ;
• İş təcrübəsi: Vəzifə üzrə ən az 3 il;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzu olunandır) ;
• Kompüter bilikləri: Ms.Excel (advanced)/1C 8.3 (əla), ERP proqramlarında irəli səviyyədə işləmə bacarığı.

Şəxsi keyfiyyətlər:

• Analitik düşünmə və problemləri zamanında həll etmə bacarığı;
• Ünsiyyət və təqdimat bacarığı;
• Məsuliyyətli olmaq;
• Düzgünlük və Dəqiqlik.

Əsas vəzifə öhdəlikləri:

• Müəssisənin struktur bölmələrinin məlumat ehtiyaclarını təhlil etmək və istifadəçi hüquqları ilə təmin etmək;
• Proqram təminatında istifadə nəticələrində yaranan çatışmazlıqları tərtib və analiz etmək, yaranan problemləri imkan daxilində aradan qaldırmaq, əks halda müvafiq şəxs və ya quruma bu barədə məlumat vermək;
• 1С 8.3 informasiya sisteminin istifadəçi təminatı və dəstəklənməsi;
• İstifadəçilərin 1C-də yaranan problemlərini həll etmək və onları təlimləndirmək;
• 1C bazasının işinin təhlili və optimallaşdırılması;
• Verilənlər bazasının avtomatlaşdırılmış informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizlyinə nəzarət etmək;
• 1C bazasının idarə edilməsi (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.).

İş şərtləri:

• İş vaxtı: 09:00 - 18:00
• İş günü: həftənin 5 günü (Şənbə və Bazar günləri istirahət günləridir)
• Əmək haqqı: 1200 – 1500 AZN

Vakansiya ilə maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (mövzu yerində vakansiyanın adını qeyd edin).