Database Administrator

  • eManat
  • Elanın qoyulma tarixi: 03.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Məlumat Bazaları üçün prosedur və təlimatların tərtib və tətbiq etmək, mütəmadi yeniləmək
• Məlumat bazaları üzrə sxem, arxitektur sənədlərini, təlimatları tərtib etmək
• Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarəetmək
• Məlumat bazalarının tamlığının və təhlükəsizliyinin siyasətlərə uyğun sazlamaq
• Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq
• Gündəlik sazlama, quraşdırma, nəzarət və avtomatlaşdırmaq, təkmilləşdirmə fəaliyyətini icra etmək
• Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək
• Məlumat Anbarının (DWH) inzibatçılığı, sazlanması və nəzarət olunması
• SQL sorğuların analiz olunması və təkmilləşdirilməsi
• Məlumat bazalarının ehtiyat nüsxələrinin alınması və bu nüsxələrdə geri qaytarılması
• Məlumat bazalarının klasterizasiyası, replikasiyası və dizayn qurulması

Namizədə qoyulan tələblər:

• İş təcrübəsi: Məlumat Bazalarının idarə olunması sahəsi üzrə minimum 3 il iş təcrübəsi
• Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı)
• Kompüter bilikləri: MSSQL , PostgreSQL və Mongodb məlumat bazaları üzrə dərin biliklər
• MSSQL və PostgreSQL məlumat bazalarında High Availability (HA), Disaster Recovery (DR) üzrə dərin biliklər
• Komanda şəklində işləmə bacarığı
• Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
• Analitik təhlil bacarığı
• Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı 2000-2800 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Məlumat bazalarının idarə olunması üzrə aparıcı mütəxəssis” yazılmalıdır.

İşəgötürənin reytinqi