Baş mühasib (Maliyyə nəzarətçisi)

  • RD SMART
  • Elanın qoyulma tarixi: 22.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
• Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
• Excel və 1C proqramında işləmək bacarığı
• Turk və İngilis dillərini bilməsi arzu olunandır
• Komandada işləmək bacarığı
• Məsuliyyətli və işində dəqiq
• Vergi Məcəlləsini bilməli

Vəzifə öhdəlikləri:

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
• Proqram üzrə mühasibat yazılışlarının verilməsi
• Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
• Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
• Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması
• Elektron Qaimə Faktrura, Hesab Fakturalarının hazırlanması
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
• İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
• Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 May, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş mühasib(Maliyyə nəzarətcisi)) göstərməyiniz xahiş olunur.

RD SMART tərəfindən digər vakansiyalar