Ümumi vəzifə öhdəlikləri:
• Müştəri əməliyyatlarının monitorinqinin aparılması, qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, araşdırılması;
• PL/TMM proqram təminatında müştəri profilinin və bank əməliyyatlarının təhlilinin aparılması;
• PL/TMM proqram təminatında monitorinq təyinatlı “biznes ssenarilərin” yazılması;
• Müxbir bank və digər maliyyə institutlarından rus və ingilis dillərində daxil olan sorğuların cavablandırılması, yazışmaların və şifahi danışıqlarının aparılması;
• Müştəri hesablarının açılması zamanı Müştərini Tanı (KYC) prosedurlarının düzgün aparılmasına nəzarət edilməsi;
• PL/TMM şöbənin fəaliyyətinə aid olan sahələr üzrə filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
• Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların cavablandırılması;
• Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• Dil bilikləri: Rus və İngilis dilləri arzuolunandır;
• Komputer bilikləri: Microsoft Office (Outlook, Word, Excel, PowerPoint), Notepad++;
• Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər arzuolunandır;
• İş təcrübəsi: PL/TMM sahəsi üzrə arzuolunandır;
• Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məsuliyyətlilik;
• Təşəbbüskarlıq və novatorluq;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 may 2021-ci il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.