Təmir-tikinti işləri üzrə Menecer

İşin təsviri

Vəzifə təlimatları:

• Təmir-tikinti layihələrinin əvvəldən sona qədər nəzarət edilməsi, büdcə və xərclərinin idarə edilməsi;
• Lazım olan avadanlıqlar, materiallar və lazım olan işçi qüvvəsinin təyin edilməsi;
• Təchizat və avadanlıqların cədvələ uyğun sifariş və təhvil verilməsinin təmin edilməsi;
• İşin status ilə bağlı hesabatların hazırlanması və yarana biləcək hər hansı bir problemin aradan qaldırılmasının təmin edilməsi;
• Təhlükəsizlik qaydalarına nəzarət edilməsi və risklərin qiymətləndirlməsi;
• Layihənin miqyasından aslı olaraq inşaat işçiləri, subpodratçılar, iş icraçıları, memar, mühəndislər və layihə komandasının əsas heyət üzvləri ilə sıx əməkdaşlığın edilməsi;
• Sahədəki subpodratçıların və briqadaların işinin koordinasiyası və nəzarət edilməsi;
• Layihənin vaxtında təhvil verilməsinin təmin edilməsi;
• Smeta, metod bəyannaməsi, iş qrafiki, mobilizasiya qrafiki, sahə planı, sahə strukturu, HSE plan, keyfiyyətə nəzarət planı və digər texniki sənədlərin hazırlanması;

Vəzifəya dair tələblər:

• Memarlıq və mühəndislik, inşaat idarəedilməsi ixtisası üzrə bakalavr dərəcəsinin olması;
• Tikinti layihələrinin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsinin olması;
• Tikinti materiallları və avadanlıqları haqqında yüksək şəkildə məlumatlı olması;
• Tikinti və layihə idarə edilməsi proqramlarını və ofis proqramlarını mükəmməl bilməsi;
• Liderlik, vaxtın və heyyəti idarə etmək bacarığının olması;
• Yüksək ünsiyyət və davranış keyfiyyətinə malik olması;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığının olması.

Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Zaferoğlu İnşaat tərəfindən digər vakansiyalar