UI / UX Dizayner

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 18.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri və öhdəliklər:

• Veb, Mobil tətbiq dizaynlarının və mock-upların hazırlanması
• Tapşırıqların təhlilində iştirak və istifadəçi senarilərinin hazırlanması
• Dizayn və interfeyslərin inkişafı və tətbiqi dizayn - prototiplər də daxil olmaqla, hazır göstərilən interfeys elementlərinə qədər hazırlanması
• İnterfeys üslubu təlimatının (UI/UX təlimatı) inkişaf etdirilməsi və saxlanması
• İnterfeyslər üçün test skriptlərinin hazırlanması, praktikliyinin sınanılması
• Müştəri şərhləri əsasında, biznes növünə uyğun olaraq, interfeyslərin hazırlanması
• Marketinq şöbəsi əməkdaşları ilə əməkdaşlıq edərək, rəqəmsal istifadə üçün əlverişli interfeysi təhvil vermək
• Layihələrin həyata keçirilməsi zamanı insan – kompyüter qarşılıqlı əlaqəsini nəzərə almaq
• Proqram təminatlarının, tətbiqetmələrin hazır interfeyslərini test etmək və müştərilər ilə müştərək şəkildə düzəlişlər etmək

Tələb olunan bacarıqlar:

• Komanda ilə qarşılıqlı əlaqə qurma və vəzifələrin effektiv yerinə yetirilməsi üçün güclü ünsiyyət bacarıqlarının olması;
• Figma,Sketch, Adobe Photoshop,Adobe Illustrator bilikləri;
• Web səhifələrinin dizayn xüsusiyyətlərini bilmək və veb üçün qrafiklərin optimallaşdırılması;
• Detallara fikir vermə bacarığı və öz fikirlərin mövcudluğu;
• Mobil cihazlara adaptasiya etmə;
• İnterfeys tətibiqinin reallaşdırılmasının keyfiyyətinə nəzarət.

İş şəraiti:

• 6 aylıq sınaq müddətindən sonra könüllü tibi sığorta;
• Mehriban və ünsiyyətcil kollektiv;
• Daxili və xarici təlimlərdə iştirak haqqı qazanacaqsınız.

Maraqlanan namizədlərdən CV-lərini “UI / UX Dizayner” başlığı ilə https://jobs.talhunt.az/atl/499-ui+%2F+ux+dizayner elektron ünvanına göndərmələri xahiş olunur.