Monitorinq əməkdaşı

İşin təsviri

İş yeri: OBA Marketlər şəbəkəsi, regionlar üzrə
Departament: Daxili Nəzarət

Namizədə dair tələblər:

• Təhsil: Ali təhsil
• Kompüter bilikləri: MS Office, 1C
• Dil bilikləri: Rus dili
• Yaş: 35 yaşa qədər
• Şəxsi avtomobilin olması vacibdir

Vəzifə öhdəlikləri:

• Müşahidə kameraları vasitəsilə filialda baş verən bütün proseslərin izlənməsi
• Təhkim olunan ərazilər üzrə mağazalarda check list aparılması
• Mağazada operativ yoxlama apararkən neqativ hal aşkarlanarsa, ərazi üzrə məsul şəxs və ya şəxslərlə görüşlərin keçirilməsi
• Mağazalarda büro kassa və pos kassaların inventarizasiyasının həyata keçirilməsi
• Struktur rəhbərinin və birbaşa rəhbərinin verdiyi tapşırıqları gecikdirmədən, operativ yerinə yetirilməsi
• Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqların icrası

Əlavə məlumat:

Vəzifə üzrə 2 regionda vakansiya aktivdir.

- Göyçay (Plan üzrə operativ yoxlama aparılacaq ərazilər: Göyçay, Ağsu, Ağdaş, Mərəzə, Şamaxı, İsmayıllı, Ucar, Kürdəmir və Zərdab)
- Şəki (Plan üzrə operativ yoxlama aparılacaq ərazilər: Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, Yevlax, Mingəçevir)

Əlavə təminatlar:

• Korporativ nömrə;
• Yanacaq xərci;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq əməkdaşı" və regionun adını qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi