Qaynaqçı

  • Təmizqaz QSC
  • Elanın qoyulma tarixi: 07.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

- İstehsalatda avadanlıqlar vasitəsilə qaynaqlama və kəsmə əməliyyatlarının həyata keçirilməsi;
- Avadanlığın tam təhlükəsiz istismarı üçün lazımı tədbirlərin görülməsi;
- Avadanlıqların daim saz və təhlükəsiz saxlanması üçün lazımi yoxlama, nizamlama və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
- Qaynaq aparatlarının işə hazır vəziyyətə gətirilməsi;
- Qaynaq işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə zəmanət vermək;
- Məsul hissə, qovşaq mexanizm konstruksiya və fırlatma yolu ilə boru kəmərlərinin qaynağı;
- Sadə və məsul hissə qovşaq konstruksiya və mexanizmlərinin möhkəm ərintilərlə əridilməsi;
- Nazik divarlı boruların, çətin əl çatmayan yerləri olan hissələrdə qaynaq və çat boşluqlarının aradan qaldırılması.

Namizədə qarşı tələblər:

- Qaynaqçı vəzifəsi üzrə xüsusi peşə təhsili və ya xüsusi setifikatı olmalı;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Qaynaq avadanlıqlarının işlətmə qaydalarını bilməli;
- Qaynaq zamanı müdafiənin təmin olunması qaydalarını;
- Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını;
- Qaynaq birləşmələrinin növlərini və tikişin tipini;
- Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını;
- Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növünü;
- Qaynaq birləşmələrinə qaynaqdan sonra termiki emalın təsirini bilməli;
- Yüksək leqirlənmiş poladlar daxil olmaqla qaynaq edilən materialların mexaniki və texnoloji xüsusiyyətlərini,
- Qaynaq edilən boru divarının qalınlığına uyğun qaynaq çubuğunun və qaynaq cərəyanının seçilməsini;
- Yaş: 22-50;
- Cinsi: Kişi.

İş haqqında

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş yeri: Sumqayıt şəhəri;
- İş qrafiki: I-V günlər, tam iş vaxtı;
- Həftədə 2 gün istirahət;
- Əmək 700 AZN

E-mail: [email protected]