Mühasib

  • Embawood
  • Elanın qoyulma tarixi: 02.06.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək  pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır. 

İş yeri  : Bakı, Azərbaycan
Vəzifə adı:   Mühasib
İş qrafiki : 5 günlük / saat 09:00 – 18:00

İşin təsviri :

 • Müəssisədə  mühasibat uçotunun aparılması (əsas vəsaitlər, ehtiyyatlar, debitor  və kreditorlar və s.);
• Dövrlər üzrə maliyyə hesabatlarının hazırlanması;
• Debitor və kreditor müəssisələrlə hesablaşmanın aparılması və üzləşmələrin təşkil olunması.
 

Tələblər:

 •  Mühasibat uçotu , maliyyə, iqdisadiyyat və ya digər əlaqəli sahədə ali təhsil;
• İstehsal müəssisəsində 2 il mühasib təcrübəsi;
• Hesabatcıllıq;
• MS office proqramlarında işləmə bacarığı;
• “1 C müəssisə”  proqramında işləmə bacarığına və rus dili biliklərinə üstünlük verilir;

Vakansiya ilə maraqlananlar CV formalarını mövzu yerinə mühasib yazmaqla  [email protected] ünvanına göndərə bilərlər. Mövzu yerində mühasib sözü yazılan müraciətlər nəzərə alıncaq.

 

İşəgötürənin reytinqi