Məktəb fənləri üzrə təlimçi

  • 10LINE Azerbaijan
  • Elanın qoyulma tarixi: 30.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

- Coğrafiya
- Kimya
- Biologiya
- İnformatika
- Cəbr/Həndəsə
- Fizika
- Azərbaycan Tarixi
- Dünya Tarixi
- İnsan və Cəmiyyət
- Ədəbiyyat
- I, II, III, IV, V qrupplar üzrə abituriyent hazırlığı

Təlimçiyə olan tələblər:

- Tədris sahəsində yüksək səviyyədə biliklərin olması;
- Tədris sahəsi üzrə müəllimlik təcrübəsinin olması mütləqdir;
- Tədris planının olması mütləqdir və ən vacib tələblərdən biridir;
- Tədris prossesinə fərqli metodika ilə kreativ yanaşma;
- Mükəmməl nitq qabiliyyəti və səliqəli xarici görünüş;
- Punktuallıq, çəkiliş prosessinə ciddi və məsuliyyətli yanaşma;
- Tədris olunan sahə üzrə ali təhsilin olması arzuolunandır;

Təkliflərimiz:

- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Çəkiliş üçün hər cür şəraitin yaradılması (çəkiliş prossesi şirkətimizin studiyasında həyata keçirilir);
- Təlimçi ilə danışıldıqdan sonra uyğun çəkiliş cədvəlinin təyin olunması;
- Müəllimlik sahəsində əvəzolunmaz təcrübənin qazanılması;
- Əlavə yüksək gəlir mənbəyi əldə etmək şansı;
- Səmimi peşəkar komanda ilə işləmək imkanı;

Əmək haqqı müsahibə nəticəsində təyin olunur. Müsahibə zamanı Sizə kompaniyamız tərəfindən training keçiriləcək, həmçinin test çəkilişi də baş tutacaq. Məhz buna görə, zəhmət olmasa müsahibəyə gələrkən hazırlıqlı olun (tədris planınızla birgə yaxınlaşın).
Əgər Siz də komandamızın bir hissəsi olmaq istəyirsinizsə, xahiş olunur öz ərizə formalarınızı (CV), seçdiyiniz vakansiyanı mövzu yerində qeyd edib aşağıdakı ünvana göndərəsiniz: [email protected]