SMM üzrə mütəxəssis

  • General Supply
  • Elanın qoyulma tarixi: 30.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Sosial şəbəkə hesablarının idarə edilməsi (facebook, instagram, twitter və s.), kontentlərin yazılması, yayımlanması;
• Həftəlik və aylıq kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
• Hədəf auditoriyasını müəyyən etmək, onun maraqlarını və davranışlarını daimi öyrənmək və incələmək;
• Sosial media kanalları vasitəsilə internet izləyicilərinin cəlb edilməsi və onlayn aktivliyin təşkil edilməsi
• Səhifəyə gələn sorğuları cavablandırmaq, ehtiyac yarandığı təqdirdə müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək
• Reklam kampaniyalarının aparılması, reklam materiallarının hazırlanıb sosial şəbəkələrdə yerləşdirilməsi;
• Sosial platformlarada rəqiblərin izlənməsi və fərqli addımların atılması təkliflərin hazırlanması ;
• Davamlı trendlərin izlənməsi və yeni trend yarada bilmək üçün təkliflərin hazırlanması;

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Azərbaycan və rus dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
• Yüksək səviyyədə qrammatik, düzgün və maraqlı mətnləri yazma qabiliyyəti;
• Bu sahədə minimum 1 il iş təcrübəsi;
• Google Adwords, Facebook Ads Manager, Google Analytics istifadə baсarığı;
• Facebook, Linkedin, Instagram və digər sosial platformaları üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator və s.)
• MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;

Təminatlar:

• Korporativ nömrə
• Tibbi siğorta
• Əmək haqqı: 500-600 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində SMM üzrə mütəxəssis yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.