Xarici Satış Mühəndisi

  • DAWF
  • Elanın qoyulma tarixi: 28.05.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Alman şirkəti üçün Xarici Satış Mühəndisi

Təzyiq, temperatur, cihazın dərəcə göstəricilərinin və kalibrlərin
ölçülməsi üçün detalların istehsalı üzrə dünya liderlərindən biri Xarici Satış Mühəndisi axtarır.

VƏZIFƏ:

Xarici Satış Mühəndisi- başlıca olaraq neft və qaz sənayesində satışın inkşaf etdirilməsi. İdeal namizəd adı çəkilən sahəni yaxşı anlamalı, xüsusilə adı çəkilən sənaye sahəsində satış üzrə təcrübəyə malik olmalıdır. Namizədin iki il ərzində Köməkçi Menecer vəzifəsinə təyin olunmaq imkanı var.

TƏLƏBLƏR:

 Universitet təhsili / mühəndislərə üstünlük verilir
 Ən azı 5 il iş təcrübəsi, neft və qaz sektorunda satış vəzifəsində iş təcrübəsi olan şəxslərə üstünlük verilir.
 İngilis dilində yaxşı yazılı və şifahi dil bilikləri
 Windowsda işləmək bacarığı
 Fəal və çalışqan
 Minimum nəzarət şəraitində işləmək bacarığı
 Məqsədyönlü işləmək bacarığı

MÜSBƏT CƏHƏTLƏRİ:

 Təlim həm Azərbaycanda, həm də Almaniyada keçiriləcək
 Yaxşı əmək haqqı
 İş fəaliyyətinə uyğun bonus
 Şirkət maşını
 İrəliləyiş üçün ciddi imkanlar

Əgər göstərilən tələblərə uyğunsunuzsa və marağınız varsa, zəhmət olmasa tərcümeyi halınızı əlaqə məlumatları ilə birgə, outside sales engineer yazıb [email protected] ünvanina göndərin.

DAWF tərəfindən digər vakansiyalar