Qaraj Rəisi

  • İD Agropark
  • Elanın qoyulma tarixi: 23.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Saatlı rayonu

Vəzifə və öhdəliklər

• Kənd təsərrüfatı texnikalarının və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
• Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasını işə saz vəziyyətdə buraxılmasını təmin etmək;
• İş vaxtı baş vermiş texniki çatışmamazlıqları aradan qaldırmaq;
• Yanacaq sərfiyyatına nəzarət etmək;
• Anbardan çıxan ehtiyyat hissələrinə nəzarət etmək;
• Nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası üçün texniki xidmətlərin və cari təmirin təşkil edilməsi;
• Nəqliyyat və texnikanın texniki istismar, texniki təhlükəsizlik və yol hərəkatı qaydalrına riayət edilməsinə nəzarət etmək;
• Texnikaların təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin hazırlanması;
• Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının sənədləşmə işlərini həyata keçirmək;
• Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının texniki vəziyyətinə görə məsuliyyət daşımaq;
• Mütəmadi olaraq nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının texniki baxışdan keçirilməsini təmin etmək;
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması;
• Tabeçiliyində olan işçilərə rəhbərlik etmək.

Tələb olunan bacarıqlar:

• Texniki sahədə ali təhsil və ya peşə təhsili;
• Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək;
• Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
• Montaj və təmir metodlarını bilmək;
• Kənd təsərrüfatı texnikaları üzrə biliklərə malik olmaq;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı;
• MS Office proqramları;
• Azərbaycan dilindən başqa rus və ingilis dilləri bilən namizədlər arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Qaraj Rəisi” qeyd etməyiniz xahiş olunur.