Anbarlarda idarəetmə sistemi üzrə operator

  • Logist LLC
  • Elanın qoyulma tarixi: 17.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Logist MMC müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üçün logistika xidmətlərini təklif edir. Buraya:

- Beynəlxalq daşınma;
- Gömrüklə bağlı sənədləşmə işləri;
- Yüklərin anbarlarda saxlanılması;
- Malların çatdırılmaya hazırlığı və çatdırılması;
- Yüklərin mənzil başına düzgün sayda və keyfiyyətdə təhvil verilməsinin təşkil edilməsi kimi kompleks xidmətlər daxildir.

Vəzifənin öhdəlikləri:

• Anbara daxil olan qəbul sənədlərini çap etmək və təyin olunmuş prosedurlara uygun işlərin icrası
• Qəbul sənədlərini qəbul üçün terminala göndərmək
• Malların qəbul gedişatına nəzarət etmək
• Malların sistem tərəfdən düzgün qəbul olunmasına nəzarət etmək (istehsal tarixi, partiya və plan üzrə sayları)
• Qəbul olunmuş malların anbarda sistemlə yerləşdirilməsini təşkil edib nəzarət etmək
• ERP və ya başqa məlumat mənbəyindən WMS-ə sifarişləri yükləmək
• Yığılmalı olan sifarişlər haqqında daim məlumat toplayıb, terminallara göndərilməsi və tam hazırlanmağına nəzarət etmək
• Sifariş üçün yığım zonasında çatmayan malları operativ şəkildə saxlanma xanalardan endirmək üçün tapşırıqlar yaratmaq
• İşçilərin aktivliyinə nəzarət etmək və anbar müdirləri ilə daim əlaqədə olmaq
• Anbarda istifadə edilən hesabatları sistemdə hazır edib, təqdim etmək
• WMS sisteminin anbarda tam qaydası ilə işlənməsinə nəzarət etmək və bütövlüyünə cavabdeh olmaq
• Anbar işçilərinin istifadə etdiyi avandanlıqları təhvil-təslim etmək.

Şərtlər:

• Əmək haqqı : Namizədə uyğun olaraq 400 - AZN başlayaraq
• İş qrafiki : Həftə içi 9:00 – 18:00, istirahət günü - şənbə, bazar
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Telefon danışıq haqqının verilməsi

Namizədə tələblər:

• Ali təhsil
• MS Office proqramlarında işləmə bacarığı
• 1C proqramında işləmə bacarığı olanlara üstünlük veriləcəkdir
• Rus və İngilis dillərinin olması arzu olunandır
• Şifahi və yazılı ünsiyyət qurma bacarığı
• Lökbətan qəsəbəsi ərazisində yaşaması arzuolunandır

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.