Ofis meneceri

  • StudyLab
  • Elanın qoyulma tarixi: 15.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
• Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil edilməsi;
• Gündəlik və iclasların təsərrüfat xidmətinin təşkil edilməsi; Korporativ tədbirlərin təşkili;
• Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
• Sosial şəbəkə üzərindən daxil olan müraciətlərin cavablandirilmasi və müştərilərə şirkət və satis qiymətlər haqqında ilkin məlumatın verilməsi və yönləndirilməsi;
• Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
• Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi;
• Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi;
• Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası; Iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclaslar v.s.);
• Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
• Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Namizədə tələblər

• Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
• Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
• Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran peşəkar;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Ali təhsil müəssisəsinin məzunu olmaq;
• Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
• Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
• Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı;

Şərtlər

• İş qrafiki 6 gün, 1 gün istirahət
Növbəli qrafiklə iş: 09:00-18:00 və 12:00-21:00
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
• Əmək haqqı fərdi olaraq müzakirə olunur.
• İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Tbilisi Prospekti 36 A / Bakı şəhəri

Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Ofis meneceri” yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: Aprel 16, 2021