İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətə gələn qonaqların qarşılanması və onları qəbul edəcək şəxslərin bu barədə məlumatlandırılması;
- Daxil olan zənglərin qəbulu, lazımi şəxslərə yönləndirilməsi və ya müvafiq məlumatların verilməsi.
- Gələn və gedən sənədlərin (məktub, kuryer və s.) qəbulu, qeydiyyatı və aidiyyatı üzrə təhvil verilməsi.
- Şirkətə aid sosial media hesabları üçün aylıq kontent (mətn, şəkil, video) planının hazırlanması və təsdiqə təqdim edilməsi.
- Şirkətin təqdim etdiyi məhsullarla bağlı cəlbedici, informativ və vizual olaraq keyfiyyətli kontentin (məhsul təqdimatları, kampaniyalar, ofis həyatı və s.) yaradılması və müntəzəm olaraq paylaşılması.
- Sosial media səhifələrinə gələn şərhlərə, ismarışlara və sorğulara vaxtında və peşəkar şəkildə cavab verilməsi.
- Təsdiq olunmuş büdcə çərçivəsində hədəf auditoriyaya çatmaq üçün sosial media reklam kampaniyalarının yaradılması və optimallaşdırılması.
- Sosial media fəaliyyətlərinin (izləyici artımı, postların qarşılıqlı əlaqəsi və s.) analizi və rəhbərliyə aylıq hesabatların təqdim edilməsi.
- Rəhbərliyin tələb etdiyi digər inzibati və köməkçi işlərin görülməsi.
Tələblər:
- Xanım namizədlərə üstünlük verilir
- Ali təhsil
- Yaş həddi: 21 -30 yaş aralığı
- Dil bilikləri: Azərbaycan, (Rus və İngilis dilləri arzuolunandır)
- Kompüter bacarıqları: Outlook, Ms Office tətbiqi proqramlarında işləmə bacarığı;
- 1C və Bitrix24 proqramlarında işləmə bacarığına üstünlük verilir;
- SMM və targetinq sahəsində ən azı 1 il təcrübə.
- Meta Business Suite reklam kabineti ilə işləmə bacarığı.
- Kreativ düşüncə, trendlərə uyğunlaşma və savadlı yazı bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun sənədləşmə
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 3T (Koroğlu metro stansiyasının yaxınlığında)
- İş qrafiki: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 500 – 600 manat (NET)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.