Lizinq işçisi

  • Kredit Evi QSC
  • Elanın qoyulma tarixi: 08.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Lizinq işçisi” üçün tələblər:

- Yaş həddi: 18-35 yaş
- Cins: Kişi
- Təhsil: Orta-ixtisas , Natamam-Ali təhsil;
- İş təcrübəsi: arzu olunandır ( iş təcrübəsi olanlara üstünlük verilir) ;
- Dil tələbi: - Azərbaycan dili, Rus dili (arzu olunandır)
- Kompüter bilikləri: Microsoft Office, Outlook Express, Internet Explorer;
- Verilən tapşırıqları məsuliyyətlə yanaşmaq bacarığı;
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı;
- Səbrli, təmkinli, nəzakətli, səbrlə dinləyə bilən və stresə davamlı namizədlər.

Vəzifə öhdəlikləri:

- Potensial Lizinq müştəriləri müəyyən etməli və onları cəlb etməli;
- Lizinq müştərilərin portfelini yaratmalı, qorumalı və artımını təmin etməli;
- Şirkətin lizinq siyasəti və proseduraları ilə tanış olub onlara riayət edilməsi;
- Portfelində olan lizinq müştərilərin keyfiyyətli idarə edilməsi üçün müvafiq tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi;
- Portfelində olan lizinq müştəriləri üzrə müvafiq hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Tələblərə cavab verən şəxslər şəkilli CV-ni [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Lizinq işçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.