Gömrük əməliyyatları üzrə Broker

İşin təsviri

İş öhdəlikləri:

• Gömrükdə tranzit, idxal və ixrac bəyyannamələrinin tərtib edilməsi və yük müşayət sənədlərin hazırlanması;
• Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək
• Gömrükdən keçən malları şirkət anbarına çatdırılmasını və təhvil verilməsinin təşkili;
• Gömrük və logistika xidmətləri üzrə müraciət edən müştərilərlə əlaqə qurmaq,
• Gömrük xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyaları yerinə yetirmək
• İş qrafiki:Həftəiçi 09:00-18:00;Şənbə 10:00 – 13:00
• İstirahət günü: Bazar.

Namizədə tələblər:

• Tranzit, idxal, ixrac yüklərin gömrüklənməsi barədə ümumi anlayış
• Təhsil: Ali təhsilli və yaş həddi 20-25 (logistika üzrə təhsil üstünlük veriləcəkdir);
• Logistika və ixrac əməliyyatları sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək
• Gömrük məcəlləsi haqqında ümumi anlayış
• Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
• Xanım namizədlərə üstünlük veriləcək
• Rus dilini bilmək üstünlük hesab ediləcək.

Qeyd: İş yeri Şıxov qəsəbəsində yerləşir.Baş Gömrük idarəsinin yaxınlığı
Əmək haqqı – müsahibə əsasında

Maraqlanan namizədlərdən yenilənmiş CV-lərini Gömrük əməliyyatları üzrə Broker başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.