Keyfiyyət İdarəetmə sistemi üzrə mütəxəssis

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 21.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

- Anbarlarda hiqrometrlərin izlənilməsi, A+A sisteminə nəzarət və hesabatların hazırlanmasını yerinə yetirmək;
- Uyğunsuzluqlar barədə hesabatların tərtibi, izlənilməsi, kök səbəb analizi aparılması və aradan qaldırılan uyğunsuzluqların effektivliyinin yoxlanılmasını (NCR) təmin etmək;
- Aparılan dəyişikliklərin rəsmiləşdirilməsi,izlənilməsi və bağlanış üçün sübutlar toplamaq (MOC);
- Zəruri olduğu təqdirdə anbarlarda xronometrajların qurulması və hesabatların hazırlanmasını icra etmək;
- Sənədlərin nəzarətli nüsxələrinin hazırlnaması, izlənilməsi və zəruri olduğu təqdirdə geri yığılmasını həyata keçirmək;
- İş axış sxemlərinə uyğun olaraq sahələrin fəaliyyətlərini izləmək və aşkarlanan uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq;
- Periodik olaraq sahələrdə auditlər aparmaq;
- Tədarükçü tərəfindən aparılan auditlərdə iştirak etmək;
- Aidiyyatı şöbələrdə Qida təhlükəsizliyi üzrə təlimlər keçmək.

Tələblər:

- İş planlama və təşkil etmə bacarığı;
- Problem və konfliktləri həll etmə bacarığı;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
- İSO 9001:2015, İSO 22000:2018 (Sertifikatı olmalı);
- MS Office proqramları biliyi;
- Əla səviyyədə MS Visio biliyi;
- Əla səviyyədə Rus dili biliyi(mütləqdir);
- İngilis dili biliyi arzu olunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Keyfiyyət İdarəetmə sistemi üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.