ERP üzrə baş mütəxəssis

  • PMD Hospitality
  • Elanın qoyulma tarixi: 10.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Şirkətin biznes proseslərini və prosedurlarını dərindən başa düşmək;
- Mühasibat uçotu prinsipləri və ikili müxabirləşmə barədə məlumatlı olmaq;
- İcraçı şirkətin təlimatlarını izləmək bacarığı;
- Sistem yenilənmələri və dəyişiklikləri barədə işçilərin təlimləndirilməsi;
- Sitem dəstəyi; yeniliklərin tətbiqi və düzəlişlərin edilməsi;
- İstifadəçilər tərəfindən bildirilən problemlərin təhlili və həlli;
- ERP sistemindən tələb olunan hesabatların əldə olunması;

Namizədə tələblər:

- Ali təhsil (İT və ya maliyyə üzrə);
- Sahə üzrə 2 il iş təcrübəsi;
- Excel və İT əsaslarını yaxşı səviyyədə bilmək;
- SQL biliyi;
- Dil bilikləri: Azərbaycan dili və Rus dili (əla); İngilis dili (arzuolunandır);

İşçinin təminatları:

- Dünyanın məşhur otel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı otellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
- PMD Group MMC-nin tabeliyində olan müxtəlif sənaye müəssisələrində karyer davamı imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 11 mart 2021-ci il