Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• POS terminal sahəsi üzrə bazar analizi etmək;
• POS terminal şəbəkəsinin genişlənməsini təmin etmək;
• Rəhbərlik tərəfindən ekvayrinq biznesi ilə bağlı sorğuları icra etmək.

Bizim üçün uyğun namizəd:

• Ali təhsilli;
• Ünsiyyət bacarığı olan;
• Təqdimat bacarığı olan;
• Yaradıcı və innovativ;
• Satış bacarığı olan;
• Fərdi və komanda tərkibində işləməyi bacaran;
• Azərbaycan dili yüksək səviyyədə bilən şəxsdir. Rus dili (üstünlükdür);

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq biznesinə dəstək şöbəsinə Satış təmsilçisi” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.