Satış üzrə menecer

  • Caspel
  • Elanın qoyulma tarixi: 08.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:

• Avadanlıq satışı ilə bağlı sorğu daxil olarsa, gələn sorğunu araşdırır, maya dəyərini öyrənmək üçün Maliyyə və inzibati idarəetmə departamentinin İnzibati idarəetmə şöbəsinə göndərir;
• İnzibati idarəetmə şöbəsindən sorğuya cavab gələndən sonra qiymət təklifini hazırlayır və müştəriyə göndərir;
• Layihə satışı ilə bağlı sorğu gələrsə, gələn sorğunu araşdırır və Strateji inkişaf departamentinə göndərir;
• Strateji inkişaf departamentindən cavab gələndən sonra layihəni qiymətləndirmək üçün Maliyyə və inzibati idarəetmə departamentinə göndərir;
• Layihənin qiymətləndirilməsi ilə bağlı Maliyyə və inzibati idarəetmə departamentindən cavab gəldikdən sonra layinənin satış qiymətini müəyyən edir və təsdiq edilməsi üçün Maliyyə və inzibati idarəetmə departamentinin direktoru və Baş direktora göndərir;
• Layihənin satış qiyməti Maliyyə və inzibati idarəetmə departamentinin direktoru və Baş direktor tərəfindən təsdiq olunduqdan sonra qiymət təklifini müştəriyə göndərir;
• Müştəridən müsbət cavab gəldikdən sonra, qiymət təklifini Müqavilə şöbəsinə göndərir;
• Satış müqaviləsinin imzalanmasına, icrasına və müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir
• Avadanlıqların satışının metod, forma, sxem və ardıcıllığını müəyyənləşdirir və bazarda satılmasını təmin edir.
• Alıcının tələblərinə müvafiq sürətdə satış tədbirlərini təşkil edir və satışın şərtlərini müəyyənləşdirir.
• Satılan avadanlıqlara bazarın tələbini müəyyənləşdirir və strateji olaraq satışı müəyyənləşdirir.
• Prespektiv və potensial alıcıları müəyyənləşdirmək,və onlarla işgüzar əlaqələr yaradır.
• Satış şərtlərini nəzərə alaraq, malların çatdırılma və ya daşınma şərtərinə müvafiq icranı təşkil edir.
• Alıcıların müqavilənin şərtlərinə müvafiq olaraq ödənişlərin vaxtında icra edilməsinə nəzarət edir.
• Daimi müştərilər ilə əlaqə saxlayır və müqavilələrin təzələnməsinə və müddətinin uzadılmasına nəzarət edir.
• Avadanlıqların satışı istiqamətində təklif olunanların sıyahısında əlavələr edir.
• Satış ilə əlaqədar tədlimlərin keçiririlməsi zərurəti yaranan hallarda, təkliflərlə Rəhbərliyə müraciət edir.
• Rəhbərliyin əmr və göstərişlərini yerinə yetirir.
• Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir.

Tələblər:

- Ali iqtisadi və ya texniki təhsil
- Azərbaycan, rus, ingilis dillərini bilmək
- Kompüterlə işləmək bacarığı
- Qeyd olunan sahədə 2 il əmək stajı

Fərdi keyfiyyətlər:

- Diqqətlilik
- Məsuliyyət hissi
- Kommunikabellik
- İdarəçilik
- Səliqəlilik
- Geniş dünya görüşü

Məşğulluq: Tam

E-mail: [email protected]