İş barədə:
• Sərgi və tədbir yerləşmə planlarının hazırlanması
• Sərgi stendlərinin, o cümlədən fərdi stendlərin dizaynı və çəkilməsi
• Müştərilərlə danışıqların aparılması
• Stendlərin və texniki xidmətlərin satışının həyata keçirilməsi
• Texniki sifarişlərin toplanması, koordinasiya edilməsi və icrasına nəzarət edilməsi
• Sərgi və tədbirlərin montaj və demontajı zamanı işin koordinasiya edilməsi və nəzarət
• Podratçılarla işin koordinasiyası və nəzarəti
• Hesabatların hazırlanması
• Digər ofislərin texniki şöbələri ilə işin koordinasiyası
Tələblər:
• Ali təhsil
• Bu sahədə iş təcrübəsi
• Kompüter bilikləri: Windows, MS Office, CorelDraw, AutoCAD, 3DSMax proqramlarında əla səviyyədə işləmə bacarığı
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli
• Fərdi və komandada işləmə bacarığı
• İntizamlı, analitik bacarıq, problem həll etmə qabiliyyəti və detallara diqqət nümayiş etdirməli
• Vaxtın idarə edilməsi bacarığı (dedlaynlarla işləmə qabiliyyəti)
• Dinamik mühitdə işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Texniki Menecer” yazaraq [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Şirkət haqqında
“Caspian Event Organisers” (CEO) şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısıdır.