Kiçik hüquqşünas

  • Access Bank
  • Elanın qoyulma tarixi: 08.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Bankın struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn məsələlər üzrə hüquqi rəy verilməsi;
• Bankın daxili normativ sənədlərinə dair hüquqi rəylərin verilməsi, Şöbənin daxili normativ sənədlərinin layihələrinin hazırlanması;
• Qanunvericilikdəki yenilikləri daim nəzarətdə saxlamaq və yeniliklərlə bağlı bülletenlərin hazırlanması;
• Korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı müvafiq dövlət qurumlarında qeydiyyat işlərinin aparılması;
• Bankın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
• Şöbəyə daxil olan sənədlərin hesabatlılığının təmin edilməsi;
• İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq;
• Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

• Ali Hüquq təhsili;
• Müvafiq sahədə ən azı 6 aylıq iş təcrubəsi;
• Mülki, bank və əmək qanunvericiliyini bilmək;
• Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini orta səviyyədə bilmək;
• Regionlara səfər etmək imkanına malik olmaq;
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• Komandada işləmək bacarığı və istəyi.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşəgötürənin reytinqi