Art Direktor

  • Times Consulting
  • Elanın qoyulma tarixi: 04.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

• Şirkətin və şirkət müştərilərinin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərini təşkil edir;
• Kreativ Direktorla birgə müxtəlif daşıyıcılar üçün reklam məhsulların dizayn layihələrini təklif edir və hazır reklam dizaynlarını təqdim edir;
• Reklam materiallarının istehsalı ilə məşğul olan podratçılarla əlaqə quraraq işlərin effektiv və keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir;
• Kreativ departamentin toplantılarını təşkil edir, işlərin daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.
• Təqdimetmə bacarığı;

Namizədlərə qarşı tələblər:

- Art direktor sahəsində ən azı 3 il iş təcrübəsi;
- Adobe Photoshop, Adobe Illustrator və InDesign proqramlarının bilməsi;
- Digər qrafik dizayn proqramlarını və 3D bilməsi üstünlük kimi qiymətləndirilir;
- Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti,
- İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
- Bədii zövq, dizayn və reklam sahələrində müasir trendlərindən xəbərdar olmaq;
- Dünya görüşü və biliyə həvəs;
- Komandanı düzgün yönləndirmə və sistematik işləməsini təmin etmək;
- Liderlik;
- Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;
- MS Ofis proqramlarının bilməsi və korporativ mühitdə işləmək həvəsi.

Üstünlüklərimiz:

• 2000 manat əmək haqqı (təcrübəyə əsasən əmək haqqı dəyişə bilər);
• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti.

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV və portfolionuzu [email protected] e-mail ünvanına göndərəsiniz.

İşəgötürənin reytinqi

Times Consulting tərəfindən digər vakansiyalar