Ümumi İşlər üzrə Mütəxəssis

İşin təsviri

Əsas öhdəliklər

• Kargüzarlıq işinin təşkili üzrə: sənəd dövriyyəsi və arxiv işinin həyata keçirilməsi;
• Vəkillərinin işinin təşkili üzrə: müvafiq müqavilələrin və vəkil orderlərinin rəsmiləşdirilməsi;
• Mühasibatlıq, elektron sistemlər üzrə işinin təşkilinə ümumi dəstək;
• İnzibati və təsərrüfatçılıq üzrə: zənglərin idarə edilməsi və maddi-texniki təchizat;
• Ümumi işin təşkili ilə əlaqəli digər tapşırıqların icrası.

Zəruri bilik və bacarıqlar

• Kompyuter, məxsusilə ofis proqramları ilə sürətli işləmək;
• Kargüzarlıq sahəsində təcrübə, ingilis və rus dillərində yazı və danışıq arzu olunandır

İş qrafiki

• Həftəiçi 5 gün olmaqla 09:00-18:00.

“Libra” Vəkil Bürosu rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən CV-lərini 21 fevral 2021-ci il tarixinədək mövzu hissəsinə “Ümumi İşlər üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Qeyd: CV-lərini göndərən şəxslərdən əmək haqqı gözləntilərini qeyd etməsi xahiş olunur.