Mühəndis

  • RD SMART
  • Elanın qoyulma tarixi: 21.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Ali texniki təhsil;
• Microsoft Office, AutoCAD, Corel Draw proqramlarında işləmək bacarığı;
• Azərbaycan, rus və ingilis dilləri (yaxşı səviyyədə bilmək), türk dili (anlamaq);
• Elektrik mühəndisliyindən anlayışın olması;
• Kreativ düşünmə qabiliyyəti;
• Məsuliyyətli, diqqətli və ünsiyyət qurmaq qabiliyyəti olmalıdır.

Vəzifə öhdəlikləri:

• Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
• Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq oxumaq bacarığı və bütün detalların cizgilərini işləmək;
• Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
• Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq.

Əlavə şərtlər:

• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• Nahar şirkət tərəfindən verilir.

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 Fevral, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mühəndis) göstərməyiniz xahiş olunur.

RD SMART tərəfindən digər vakansiyalar