Xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəisi

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 21.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Bank müştərilərinə təqdim edilən xidmətlərin keyfiyyətinə nəzarəti həyata keçirtmək;
• Xidmət keyfiyyəti göstəricilərini və qiymətləndirmə meyarlarını hazırlamaq;
• Bankın (mövcud və yeni yaradılan) məhsullar və xidmətləri, eləcə də biznes-proseslərin təkmilləşdirilməsi ilə bağlı xidmət keyfiyyətilə əlaqədar rəy və təkliflər vermək;
• Xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə məsafədən monitorinqləri həyata keçirtmək;
• Bankın Xidmət Keyfiyyətilə əlaqəli sahələrdə çalışan əməkdaşlarının bilik və təcrübə səviyyəsi ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar edildikdə onlar üçün təlim-tədris proqramlarının təşkil edilməsi ilə bağlı Bankın aidiyyəti struktur bölmələrinə təkliflər vermək, həmin əməkdaşlar üçün xidmət keyfiyyəti ilə bağlı təlimlər keçmək;
• Bankda xidmət keyfiyyətilə bağlı aşkarlanan qüsur və çatışmazlıqların aradan qaldırılmasına dair təkliflər vermək;
• Strukturun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasını təmin etmək;
• Strukturun fəaliyyəti ilə bağlı Əməliyyat planı hazırlamaq və bu planın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirtmək;
• Strukturun işinin koordinasiyasına və işin effektivliyinə nəzarəti həyata keçirtmək.

Namizədə olan tələblər:

• Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
• Sahə üzrə azı 3 il iş təcrübəsi;
• Müştəriyönümlü olmaq;
• Analitik düşüncə, yüksək kommunikasiya və təqdim etmə bacarığı;
• Azərbaycan, Rus və İngilis dilini səlist bilmək;
• İdarəetmə, liderlik və təşkilatçılıq qabiliyyəti;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq;
• MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]
Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi