Layihələr üzrə menecer

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 17.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şöbə: Layihələrin idarə edilməsi;
Sektor: Layihələrə nəzarət;

Əsas vəzifə və öhdəlikləri:

1. Layihələrin fasiləsiz icrası məqsədi ilə daxili resurs və üçüncü tərəflərin / təchizatçıların fəaliyyətini koordinasiya edir;
2. Bütün layihələrin vaxtında, əhatə dairəsi və büdcə çərçivəsində icra olunduğunu təmin edin;
3. Bütün maraqlı tərəfləri cəlb etməklə və texniki imkanları təmin etməklə layihənin əhatə dairəsi və hədəflərinin müəyyənləşdirilməsində kömək edir;
4. Resursların mövcudluğunu və bölüşdürülməsini təmin edir;
5. Hər hansı bir tərəqqi və irəliləyişlərin izlənilərək monitorinqini aparmaq üçün layihənin dəqiq planını hazırlayır;
6. Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin həcminə, layihə cədvəlinə və layihə xərclərində müvafiq dəyişiklikləri idarə edir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali Təhsil;
2. Tele kommunikasiya Layihələrinin idarəedilməsi üzrə ən azı 3 illik iş təcrübəsi;
3. Rəhbərlik üzrə ən azı 3 illik iş stajı;
4. Layihələrin idarəedilmə sahəsində sertifikat (PMP, PMİ-ACP və s.);
5. Rabitə və informasiya sistemlərinin əsaslarının bilməlidir;
6. Layihələrin və prosesslərin idarəetməsi sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığına yüksək səviyyədə malik olmalıdır;
7. Riskərin idarəetməsi əsaslərını bilməlidir;
8. İdarəetmə, planlama, standartlar, texniki tələblər, layihələrin və prosesslərin idarəetməsi sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığına yüksək səviyyədə malik olmalıdır;
9. Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilməlidır;
10. İnkişaf olunmuş liderlik yetkinlikləri, təqdimat və təşkilatçılıq bacarıqlara malik olmalıdır;
11. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri mükəmməl bilməlidir;
12. Kompüter bilikləri üzrə: MS Office (Word, Excel, PowerPoint Outlook və MS Project) programlarını mükəmməl bilməlidir;
13. Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabiliyyətinə yüksək səviyyədə malik olmalıdır;
14. Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] e-ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənın adını “Layihələr üzrə menecer” göstərilməsi xahiş olunur. Əks təqdirdə, həmin müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi