Şüşə təmizlik operatoru

  • DAAX
  • Elanın qoyulma tarixi: 21.04.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DAAX Facility Management” Şirkəti Azərbaycanın və Bakının daimi inkişaf layihələri çərçivəsində açılmış olan Ticarət Mərkəzləri, Residence Tower, İş mərkəzləri, digər qapalı və açıq ərazilərin idarəedilməsi üzrə xidmətlər təklif etməkdədir. Hazırda Bakı Alov Qüllələri Kompleksinde (Milli Məclisin qarşısında) Şüşə təmizlik operatoru vəzifəsinə namizədlər axtarılır.

Yer:       Bakı Alov Qüllələri Kompleksində

 Şüşə təmizlik operatoru vəzifəsi

• BMU qurğusunu yüksək şəviyyədə idarə etmək. ((BMU-Qülləlı krana bənzər, şaquli və üfüqi hərəkət edə bilən, yüksək mərtəbəli binanın çöl tərəfdən təmizlənməsi üçün istifadə olunan səbətli bir qurğudur)
• Qurğunun texniki cəhətdən sazlığına nəzarət etmək.
• Yüsəklikdə işləmək qabiliyyətinə malik olmalı.
• Göstərilən bütün işlərin təyin olunan standartlardan daha yüksək olmasını təmin etmək.
• Gərgin və yüksək templi iş mühitinə uyğunlaşmaq qabiliyyəti.


Tələblər:

• Tikinti sektorunda iş təcrübəsi
• Əlavə iş saatlarında işləmək imkanı
• Komanda ilə iş bacarığı;
• SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) mövzusuna ciddi əhəmiyyət verilməsi

Seçilmiş namizədlər xüsusi təlim keçəcəklər.
Namizədlərdən  3x4 ölçüdə şəkil əlavə olunmuş tərcümeyi halını (CV) [email protected] ünvanına göndərməyinizi və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Şüşə təmizlik operatoru) göstərməyinizi xahiş edirik.
Yalnız tərəfimizdən seçilən namizədlər ilə əlaqə yaradılacaqdır.