GPS nəzarət sistemləri üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 11.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• GPS və digər avadanlığın konfiqurasiyası, quraşdırılması və servisi;
• Nəqliyyat vasitələrinin (fərdi, ictimai, yük) hərəkətinin monitorinqi və idarə edilməsi;
• Mütəmadi qaydada istənilən növ nəqliyyat vasitələrinin siyahısının yoxlanılması və yenilənməsi;
• Nəqliyyat vasitələrinin müvafiq nəzarət proqramı üzərindən izlənməsi;
• Günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
• Nəqliyyat vasitələrinin giriş-çıxış vaxtının təyin edilməsi və onlara nəzarət.

Tələblər:

• Müvafiq sahədə ali təhsil (Elektronika, Elektrotexnika və s.)
• Nəqliyyat vasitələrinin elektronika sistemi üzrə mükəmməl biliklər;
• GPS nəzarət sistemləri üzrə müvafiq vəzifədə ən azı 2 il təcrübə mütləqdir;
• Ofis proqramlarında sərbəst işləmək bacarığı;

İş şəraiti: 

• İş yeri: Sumqayıt/Bakı şəhərləri;
• Mütəmadi qaydada bölgələrə səfərlər;
• Həftəlik 5 iş günü/Saat 09:00-18:00);
• Nahar və nəqliyyat təminatı;
• Tibbi sığorta;
• AR Əmək Məcəlləsi əsasında sənədləşmə;

Namizədlər müraciət üçün CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun başlıq hissəsində “GPS nəzarət sistemləri üzrə mütəxəssis” vəzifəsinin qeyd olunması xahiş olunur.