Beynəlxalq əlaqələr üzrə menecer

İşin təsviri

Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyi (AKİA)
   vakant olan Beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə mütəxəssis işə
   dəvət edir

                                                Texniki tapşırıq

       Vəzifə - Beynəlxalq əlaqələr üzrə menecer
 
       Müddət: 19.04.2011- 01.05.2012
     

 Sənədlərin qəbulunun son müddəti: 01 may, 2012 
- AKİA-nın Beynəlxalq əlaqələr üzrə menecerinin vəzifə və məsuliyyətlərinə   aşağıdakılar   daxildir:

-  AKİA-nın dövlət orqanları, qeyri-hökumət  təşkilatları və beynəlxalq qrumlarla əməkdaşlıq əlaqələrinin qurulmasını təşkil etmək;
-  AKİA-nın daxili və xarici siyasətini müəyyənləşdirmək və bu istiqamətdə iş aparmaq:
-  Digər ölkələrdə bank və qeyri bank kredit təşkilatlarının fəaliyyəti barədə məlumatlar əldə etmək, AKİA-nın təsisçisi olduğu “İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatının kredit siyasətinin beynəlxalq arenada rəqabətə davamlı olması üçün İKA-nın kredit meneceri ilə birgə təkliflər vermək;
-  Donor təşkilatların müəyyənləşdirilməsi və əməkdaşlığa cəlb edilməsi üçün yollar axtarmaq;
-  AKİA-nın üzvü olan Kredit İttifaqlarının (Kİ), habelə İKA-nın əməkdaşlarının təlimə olan ehtiyaclarını rəhbərliklə birgə müəyyənləşdirmək, onların ixtisaslarının artırılması məqsədilə ölkədə və ya xaricdə beynəlxalq təlim kurslarının seçilməsi məqsədilə təkliflər vermək;
-  Beynəlxalq Təşkilatlarla əməkdaşlıqda AKİA-nın və İKA-nın  rəhbərliyini təmsil etmək;
- AKIA və İKA-nın saytlarında məlumat bazasını ingilis dilində idarə etmək;
-  İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;

Hesabatvermə:

AKİA-nın Beynəlxalq əlaqələr üzrə meneceri AKİA-nın İdarə Heyətinin Sədrinə hesabat verir.
Müddət:
AKİA-nın Beynəlxalq əlaqələr üzrə meneceri ilə 6 ay müddətinə əmək müqaviləsi imzalanacaqdır. Bu müqavilə üzrə ilk 6 aydan sonra menecerin fəaliyyətinin nəticələri AKİA-nın İdarə Heyəti tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilənin müddəti uzadılacaqdır.
İxtisaslaşma:
Beynəlxalq əlaqələr üzrə menecer aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:
a) Azərbaycan Respublikasının vətəndaşı olmaq, Azərbaycan, rus və ingilis dillərini səlis bilmək;
b) İqtisadiyyat sahəsində ali təhsili;
c) İqtisadi sahədə  iş təcrübəsi;
d) Beynəlxalq təşkilatlarla iş təcrübəsi;
e) Ünsiyyat qurmaq bacarığı;
f) Yazılı hesabat tərtib etmək təcrübəsi;
g) İngilis, rus və azərbaycan dillərində yazılı və şifahi nitqə malik olmaq;
h) Microsoft Word, Excel, Access və Internetdən istifadə.  E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə sürətli işləmək bacarığı.
i) İşlə bağlı ölkə daxilində və ölkədən xaricə  mütəmadi ezamiyyətə getməyə hazır olmaq.


      AKİA-nın yerləşdiyi ünvan:
      Bakı şəh.Ü.Hacıbəyov küç. 40, Hökumət Evi, otaq 848

       CV-ni aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz:
       [email protected]