1C Proqramçı

  • Elanın qoyulma tarixi: 27.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1C Proqramçı

Öhdəliklər:

- Tətbiqi həllərin proqramlaşdırılması;
- Standart həllərin tətbiqi;
- Tətbiq edilmiş həllərə dəstək;
- Mühasibat sisteminin mövcud və yeni funksionallığı ilə işləmək üçün şirkət işçilərinin təlimatlandırılması;

Tələblər:

- Ali təhsil (texniki ixtisas üzrə);
- 1C proqramçı vəzifəsində ən azı 3 il təcrübə;
- Kompüter proqramları (1C 8, MS SQL) üzrə bilik;
- 1C 8.3 platformasında proqramlaşdırma bacarığı;
- “Məlumatların Tərkibi Sisteminin” sorğu mexanizmləri üzrə bilik;
- "Mübadilə planları" mexanizmləri üzrə bilik;
- Şirkətin əsas biznes prosesləri barədə anlayış;
- Mühasibat uçotu haqqında baza biliklər;
- 1C 8 platformasının konfiqurasiyalarında ən azı 3 il təcrübə;
- 1C 10.3 (Ticarətin İdarə edilməsi) konfiqurasiyası üzrə bilik;
- 1C “Mühasibat 3.0” üzrə bilik;
- 1C “Əmək Haqqı və İnsan Resurslarının İdarə edilməsi 8.3.1” üzrə bilik;
- "Data konvertasiyası 2.0” üzrə bilik;
- Sıfırdan konfiqurasiyanın yazılması üzrə təcrübə;
- Azərbaycan dili, Rus dili, İngilis dili (minimal ünsiyyət bacarığı, texniki sənədlərin oxunması və tərcümə olunması);
- "1C" sertifikatları olanlara üstünlük verilir.

İş şəraiti:

• İş yeri Sumqayıtda yerləşir;
• Həftəlik 5 iş günü;
• Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
• AR Əmək Məcəlləsinə əsasən əmək münasibətləri;
• Əmək haqqı razılaşma yolu ilə.

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilər. Məktubun başlıq hissəsində “1C Proqramçı” sözünün qeyd olunması xahiş olunur.