Maliyyə monitorinqi üzrə mütəxəssis

  • Superfon
  • Elanın qoyulma tarixi: 12.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Maliyyə monitorinqi üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 2 il
Təhsil: Ali təhsil (İqtisadiyyat üzrə)
Yaş həddi: 25 və ya üzəri

Vəzifə öhdəlikləri:

- Filialların borc portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Filiallarda verilmiş debitor borcları monitorinq etmək və monitorinq olunan borcların keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda şirkətin daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
- Kassalarda olan mövcud pul vəsaitlərini dövrü və növbədənkənar monitorinqini təşkil etmək;

Tələblər:

- İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- 1 il monitorinq, audit, təftiş sahəsində təcrübə;
- Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
- MS Office proqramlarını (xüsusi ilə də MS Excel) normal səviyyədə bilməlidir
- Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
- İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
- Şəxsi avtomobilin olması vacibdir.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma mövcuddur.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “ Maliyyə monitorinqi üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 12.01.2021.

İşəgötürənin reytinqi