Mağaza müdiri

  • Superfon
  • Elanın qoyulma tarixi: 12.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Mağaza müdiri

İş yeri: Bakı;
İş təcrübəsi: Minimum 4 illik satış sahəsində təcrübə,1 ili isə rəhbər vəzifədə olmalıdır;
Təhsil: Ali təhsil;
Yaş həddi: 27 və ya üzəri.
İşin təsviri: Satış strategiyasına uyğun olaraq filialın və işçi heyətinin idarə olunması.

Vəzifə öhdəlikləri:

• Mağaza stokuna nəzarət edilməsi;
• Müştəri məmnuniyyətini təmin etmək və yeni müştərilər qazanmaq;
• Tabeçiliyindəki komandanı idarə etmək və işi öyrətmək;
• Planoqrama uyğun olaraq rəf düzülüşünə nəzarət etmək;
• Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
• Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək.

Tələblər:

• Dinamiklik ,diqqət və analiz etmək bacarıqlarının olması;
• Outlook,MS Office, proqramları biliyi;

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• İşlə bağlı bütün xərclər qarşılanır.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “Mağaza müdiri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi :12.01.2021-ci il.

İşəgötürənin reytinqi