Layihə Meneceri - İnşaatçı Mühəndis

İşin təsviri

Vəzifə: Layihə Meneceri - İnşaatçı Mühəndis
İşəgötürən: Qartal Tikinti Firması
İş yeri: İşlər əsasən Sumqayıt şəhərində yerləşən baş ofisdə olmaqla birlikdə, layihələrdən asılı olaraq işçi Azərbaycan, Gürcüstan və Türkiyə ərazisinə ezam oluna bilər.
Əmək haqqı: 1000-1500 AZN

Namizədə dair tələblər:

1. Minimum 5 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
2. İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
3. Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
4. İngilis diliini mükəmməl bilməli;
5. Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
6. Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
7. B kateqoriya sürücülük vəsiqəsinin olması uyğundur.

İşçinin yerinə yetirəcəyi işlər aşağıdakılardır:

1. BP şirkəti, SOCAR-ın struktur bölümləri və digər sifarişçilərin layihələri üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması və uyğun qiymət təklifinin verilməsi;
2. Ona tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
3. İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
4. Təhvil-təslim aktlarının tərtib edilib sifarişçinin imzalaması üçün hazırlanması;
5. Gündəlik raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.

İşçi üçün yaradılan şərait:

1. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
2. Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
3. Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
4. İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir.

Namizədlərin CV-lərini [email protected] e-mail adresinə, mövzu hissəsində Layihə Meneceri - İnşaatçı Mühəndis yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Mobil nömrə: +994 50 235 48 67 (Tural Məmmədov)