Anbar mühasibi

İşin təsviri

Vəzifə: Anbar mühasibi
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: 600 AZN
İş yeri: Sumqayıt şəhəri

Tələblər:

1. Uyğun sahədə ali təhsili olmalı;
2. Sumqayıt şəhərində yaşayan xanım namizəd olmalı;
3. Mühasibat sahəsində ən azı 2 il iş təcrübəsi olmalı;
4. Mühasibat sahəsi üçün qanunvericilik aktlarından anlayışlı olmalı;
5. Kompyuter biliyi (1C7.7, Excel, Word, Outlook və s.);
6. İşində dəqiq, məsuliyyətli, işgüzar olmaq;
7. Yaş həddi: 22-35.

İş haqqında məlumat:

1. Anbar mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
2. 1C 7.7 versiyada anbara mədaxil və məxariclərin işlənməsi;
3. Anbar qalığını hazırlayıb, təqdim etmək;
4. Yanacaq hesabatını hazırlamaq, nəqliyyat vasitələri üzrə silgisini aparmaq;
5. Avtomobil ehtiyat hissələrinin mədaxil və məxarici sənədlərini hazırlamaq və maşınlara silinmə aktını hazırlamaq;
6. Yeməkxana hesabatını hazırlamaq;
7. Direktorun verdiyi digər tapşırıqları icra etmək.

İşçi üçün yaradılan şərait:

1. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
2. Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur;
3. İş günləri 5 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir;
4. İstirahət günü - Şənbə və Bazar günləri;
5. İş yeri Sumqayıt şəhərindədir.

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini [email protected] e-mail adresinə, mövzu hissəsində Anbar mühasibi yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67