Körpülü kran maşinisti

  • AzMonbat
  • Elanın qoyulma tarixi: 25.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Körpülü kran maşinisti

Vəzifə öhdəlikləri:

- Müxtəlif növ yüklərin yükləmə, boşaltma, yerdəyişmə və nəql etdirilməsi üzrə sadə işlərin yerinə yetirilməsində müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş körpülü və şlüzlü kranların idarə etmək;
- İşə başlamazadan öncə təlimatlara əsasən istifadəsində olan körpülü kranın işlək hissələrinin, köməkçi vasitələrinin sazlığını və istifasdəyə yararlığını yoxlamaq;
- Kranın bütün mexanizmləri və metal konstruksiyalarının saz vəziyyətdə saxlamaq;
- Yüklərin daşınması zamanı digər işçilərin,özünün və avadanlıqların təhlükəsizliyini təmin etmək;
- Şirkətdaxili intizam qaydalarına riayət etmək.

Namizədə tələblər:

- Analoji sahədə 5 il iş təcrübəsi;
- Müvafiq peşə üzrə diplom və ya sertifikat;
- Zavod Sumqayıt yaxınlığında yerləşdiyi üçün Sumqayıt şəhərində və ya yaxın ərazidə yaşayan namizədlərə üstünlük verilir.

Davranış cəhətindən:

- İşini planlaşdırmağı və təşkil etməyi bacarmalıdır;
- Ortaya çıxan problemləri həll etməyi bacarmalıdır;
- Vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır;
- Nəticələrə istiqamətlənərək məhsuldar işləməyi bacarmalıdır;
- Kollektivdə işləməyi bacarmalıdır;
- Yaxşı ünsiyyət qırma bacarıqları olmalıdır.

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Körpülü kran maşinisti” başlığı altında qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.