Online satış meneceri

İşin təsviri

Vəzifənin adı : Online satış meneceri

Namizədə dair tələblər:

- Ali təhsil;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Azərbaycan dilinin qrammatik, leksik və fonetik normalara uyğun bilmək və düzgün tətbiq bacarıqları;
- Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Online müştərilər qazanmaq və lazım olduqda görüşlərdə iştirak etmək;
- Surətli düşünmə və mətn yazma bacarığı və natiq, səlis danışıq qabiliyyəti;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- Yaş: 23-35;

İş barəsində məlumat:

- Layihə Menecerinin tapşırıqlarını icra etmək;
- Online mağazada satış reallaşdıra bilmələri üçün müxtəlif vendorlar (satış müəssisələri və ya şəxsləri) tapıb, onlarla görüşlər keçirtmək, qarşılıqlı razılaşma əldə edib, müqavilə əsasında onları əməkdaşlığa cəlb etmək;
- Davamlı bazar araşdırmaları edib, yeni məhsullar və ya şirkətləri tapıb, əməkdaşlığa cəlb etmək;
- Satış dövründə tələbatı müəyyən edib, həmin məhsullarla bağlı düzgün strategiya formalaşdırmaq üçün təkliflər vermək;
- Davamlı trendləri izləmək və yeni trend yarada bilmək üçün planlar qurmaq;
- Həftəlik və aylıq nəticələrin demonstrasiyası;
- Əməkdaşlar və müştərilər üçün motivasiya xarakterli planlar hazırlayıb, rəhbərliyə təklif etmək.
- Nahar şirkət tərəfində təmin olunur;
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
- Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.