Telesatış operatoru

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 19.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PAŞA SığortaASC namizədləri Telesatış operatoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;
- Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;
- Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;
- Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.

Tələb olunan bilik və bacarıqlar:

- Ali təhsil;
- Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır;
- Dil bilikləri:
- Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
- Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
- İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər;
- Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
- Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
- Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
- Komanda ilə işləmək bacarığı.

Son müraciət tarixi: 30 Noyabr 2020-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.