Kartların hazırlanması üzrə mütəxəssis

  • Azericard
  • Elanın qoyulma tarixi: 16.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

• Qəbul olunmuş fayllara və ərizələrə əsasən kartların çapını və personallaşdırılma prosedurlarını aparmaq;
• Təcili tələb olunan plastik kartların hazırlanmasına dair ərizələri qəbul edib vaxtında icra etmək;
• Hazırlanmış plastik kartların aktlarının sıralamasını aparmaq və təsdiq olunmuş aktların müvafiq qaydalara uyğun olaraq saxlanılmasını təmin etmək;
• Yeni plastik kartlar layihələri üzrə testləri nümünə üzərində aparmaq və testlərin nəticələrini şirkətin müvafiq əməkdaşlarına göndərmək;
• Təqaüd plastik kartlarının zəruri olan müddətdə hazırlanmasını və təhvil verilməsini təmin etmək;
• Şöbənin fəaliyyətində istifadə olunan avadanlığın işlək vəziyyətdə saxlanılmasını və texniki baxışdan keçirilməsini təmin etmək;
• Şöbənin fəaliyyətinə aid olan bütün sənədlərin saxlanılmasını təmin etmək və lazım olduqda şirkətin müvafiq əməkdaşlarına təqdim etmək;

Tələblər:

• Ali təhsil;
• Plastik kartların hazırlanma sahəsində ən azı 1 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan, rus, ingilis dili bilikləri (texniki bilik);
• Komandada işləmək bacarığı.

Qeyd: İş yeri Gəncə ş. yerləşir və yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Namizədlərdən CV-lərini “Kartların hazırlanması üzrə mütəxəssis, iş yeri Gəncə ş.” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.

İşəgötürənin reytinqi