Ofis meneceri (receptionist)

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 15.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group” - yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya Ofis meneceri (receptionist) vakansiyasıdır.

İş barədə məlumat:

• Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
• Qonaqlarla görüşlərin təşkil olunması;
• Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
• Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
• Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
• Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
• Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

Namizədə tələblər:

• Ali təhsil və müvafiq sahədə iş təcrübəsi;
• Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
• Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
• Təşkilati bacarıqlar;
• Yazılı və şifahi ünsiyyət bacarığı;
• Yüksək etik davranış qabiliyyəti;
• Səbrli və məsuliyyətli olmalı.

Əlavə məlumat:

• İş qrafiki: 6 günlük iş qrafikinə uyğun olaraq müəyyən edilir.
• Əməkhaqqı: 300 AZN –dən başlayır

CV-lərinizi [email protected] ünvanına "ofis meneceri" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi