Direktor

  • Tekstil Şirkəti
  • Elanın qoyulma tarixi: 21.10.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tekstil Şirkətinin Direktoru.

Vəzifə öhdəlikləri:

1. Müəssisənin cari fəaliyyətinə rəhbərlik etmək, onun siyasət və prosedurlarını müəyyən etmək
2. Şirkətin əməliyyat planını formalaşdırmaq və planın icrasına nəzarət etmək
3. İstehsalatın davamlı fəaliyyəti üçün zəruri tədbirləri həyata keçirmək
4. Şirkətin məhsullarının yerli və xarici bazarlara çıxarılmasına rəhbərlik etmək
5. Müəssisədə məhsuldarlığın və keyfiyyətin artırılmasına nail olmaq
6. Maliyyə, İnsan Resursları, Satış və Marketinq, Təchizat və s. kimi bölmələrin işlərinə nəzarət etmək və bölmələrin bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil etmək
7. Müəssisənin mənfəətliliyini təmin etmək
8. Şirkət fəaliyyətində riskləri müəyyən etmək və risklərin minimallaşdırılması üçün zəruri tədbirlər görmək
9. Müəssisənin fəaliyyəti ilə bağlı müvafiq hesabatları hazırlayaraq periodik olaraq təsisçiyə təqdim etmək

Namizədə tələblər

- Tekstil sahəsində Rəhbər vəzifədə ən az 5 il və ya müvafiq vəzifə üzrə ən az 3 il iş təcrübəsi;
- Tikiş texnika və qaydaları biliyi arzuolunandır;
- Problem həll etmə, analitik düşüncə, qərarvermə və koordinasiya etmə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət qurma və komanda işini təşkil etmə bacarığı.

İş şərtləri:

İş yeri: Bakı şəhəri

Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq ( Qeyd : əmək haqqı + % )

Nahar şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Tekstil şirkətinin Direktoru” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.