Xərclərə nəzarət üzrə mütəxəssis

İşin təsviri

Şöbə- Təchizat və Layihə Xərclərinə Nəzarət
Vəzifə- Xərclərə nəzarət üzrə mütəxəssis
Kateqoriya- Ştat
İşin növü- Tam
İş yeri- Baş ofis

Vəzifə öhdəlikləri:

- Müqavilələrin hazırlamaq və yoxlamaq.
- Xərc hesabatlarını hazırlamaq.
- Kommersiya hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Yeni mağazaların tikinti və təmir büdcələrini hazırlamaq.
- Tikinti və təmir büdcələrinin cari xərclərlə müqayisəsi, kənarlaşmaları tapmaq və bu kənarlaşmaları izah etmək.
- Podratçıların xərclərinə nəzarət etmək.
- Yeni açılmış mağazaların tikinti və təmir xərclərini yoxlamaq, layihəni bağlamaq və maliyyə şöbəsinə təhvil vermək.
- Digər şöbələrin kommersiya məlumatları ilə təmin etmək.
- Podratçıların ödəniş sənədlərini yoxlamaq və müvafiq maliyyə sistemində qeydiyyatdan keçirmək.
- Rəhbərliyin tapşırdığı digər işlər.

Vəzifənin tələbləri

- Mühasibatlıq, Kommersiya üzrə bakalavr və ya ekvivalent dərəcə.
- Müvafiq vəzifədə ən az 3 il təcrübə.
- Həvəsli və ünsiyyətçil olmalı və bütün fərd növləri və şəxsiyyətlərlə açıq şəkildə ünsiyyət saxlamaq və işləmək bacarığına malik olmalıdır.
- Azərbaycan, İngilis dillərində (intermediate) şifahi və yazılı ünsiyyət, Rus dili biliyi arzu olunandır.
- Yüksək kompüter bacarıqları (Word, Excel).
- Vaxtın səmərəli şəkildə priorotetləşdirilməsi və istifadəsi bacarığı.
- Etibarlı və inamlı, nəzarətsiz işləmək bacarığı.

Necə müraciət etmək olar

1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizi [email protected] email ünvanına göndərmək.