SMM mütəxəssis

İşin təsviri

Reportİnformasiya Agentliyinə SMM mütəxəssis (Sosial medianın təşviqi üzrə menecer/mütəxəssis) tələb olunur

İşin təsviri:

Çıxan məqalələri daha çox auditoriyaya tanıtmaq, marketinq səylərini yaxşılaşdırmaq və trafiki artırmaq məqsədilə agentliyin sosial media strategiyasının planlaşdırılmasına, həyata keçirilməsinə, idarə edilməsinə və monitorinqinə cavabdeh olan sosial media meneceri.

• İş qrafiki - 09:00 - 18:00;
• Əmək haqqı 700-800 AZN (iş təcrübəsindən asılı olaraq)

SMM mütəxəssisinin vəzifələri:

• Sosial şəbəkə statistikasını toplamaq və təhlil etmək
• Məqalələri operativ şəkildə yerləşdirmək
• Abunəçiləri cəlb etmək, auditoriyanı artırmaq
• Səhifənin təşviqinin səmərəliliyinin monitorinqi
• Sosial şəbəkələr üçün maraqlı məzmun yaratmaq
• Sosial şəbəkələrin işlədilməsi, məzmunun müəyyən edilməsi, kopiraytinq (YouTube, Facebook, Instagram, Linkedin, Twitter)

Tələblər:

• Azərbaycan, rus dillərini bilmək
• KİV-lərdə iş təcrübəsinin olması
• İngilis dili (üstünlük verilir)
• Ofis proqramlarını bilmək (mütləqdir)
• Dizayn proqramlarını bilmək (üstünlük verilir)
• 3 ildən çox SMM mütəxəssis təcrübəsi

Vakansiya üzrə müraciətlərinizi CV formasında vəzifəni göstərməklə və idarə olunan sosial şəbəkə linklərini qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Report İnformasiya Agentliyi tərəfindən digər vakansiyalar