Mühasib

İşin təsviri

Mühasib

Şirkət : Baku Holiday Travel
İdarə : Maliyyə
İş qrafiki : Həftənin 6 günü
Əmək haqqı: 1100-1300

Sizin əsas vəzifə öhdəlikləriniz

* Hesab faktura əsasında xərcləri 1c proqramına daxil etmək
* Avans hesabatlarını gündəlik 1c proqramına daxil etmək
* Avans sahiblərinin balanslarına nəzarət etmək
* Hesab-faktura və alış sifarişlərinin işlənməsi zamanı yaranan problemləri araşdırmaq və həll etmək
* Tədarükçülər/Müştərilər ilə hesabatlara nəzarət etmək və rəhbərliyə təqdim etmək
* Ayın bağlanmasının koordinasiya edilməsi və baş kitabla üzləşdirilməsi
* Kreditorlar üzrə balans hesabatını müvafiq tərəflərlə təhlil etmək
* Açıq avans ödənişlərini Müqavilələr/Təchizat və müvafiq tərəflərlə təhlil etmək
* Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları düzəltmək;

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Maliyyə / Mühasibat / İqtisadiyyat sahəsində bakalavr dərəcəsi
* Maliyyə və yaxud mühasibatlıq sahəsində 2 ildən çox iş təcrübəsi olanlara üstünlük verilir
* Mühasibatlıq sahəsində mövcud proqramlar ilə tanış olmaq

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Ümumi mühasibatlıq bilikləri
* Vergi qanunvericiliyini orta səviyyədə bilmək
* MS Excel-i güclü bilmək
* Detallara diqqət yetirmək bacarığı
* Məsuliyyətli olmaq
* Analitik bacarıqlar
* Operativ çalışma bacarığı

Müraciət etmək üçün CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.