Resepşn

İşin təsviri

Global Learning & Development Partners” təhsil, təlim, xaricdə təhsil və beynəlxalq konsultasiya xidmətləri göstərən şirkətdir.

Hazırda şirkətimizə Resepşn vəzifəsi üçün komandamıza yeni üzv axtarırıq.

Əsas vəzifə və öhdəliklər:

- Şirkət daxili işlərin kordinasiya edilərək tələb olunan fəaliyyətin təmin edilməsi;
- Şirkətə gələn ziyarətçi, qonaqların qarşılanması, onlara yardım edilməsi və yönləndirilməsi;
- Qonaqlara özünəməxsus xidmət göstərilməsi və tələb olunan məlumatların tam şəkildə verilməsi;
- Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək;
- Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması;
- Şirkət tərəfindən bağlandığı müqavilələrin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;

Tələblər:

- Mükəmməl xidmət göstərmək həvəsi;
- İngilis və Rus dili bacarıqları üstünlükdür;
- MS Office kompüter proqramları üzrə bacarıqlar;
- Komandada işləmək bacarığı;
- Öyrənmək və inkişaf etmək həvəsi;

CV-lərinizi (foto mütləqdir) mövzu xanasında Resepşn qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız tələblərə uyğun gələn və mövzu hissəsində vəzifənin adını düzgün qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaq.

CV-lərin göndərilməsi olunması üçün son tarix: 30/09/2020

Global Learning and Development Partners tərəfindən digər vakansiyalar